Bir neçə gün öncə sosial şəbəkələrdə üzərində Polad Həşimovun şəkli olan 3000 manatlıq əsginasların tədavülə buraxılmasının saxta xəbər olmasına dair Mərkəzi Bankın yaydığı açıqlamada rəsmi dövriyyədə olan pul nişanları haqda məlumat verilmişdi. Nağd pul dövriyyəsinin təşkili məqsədilə Mərkəzi Bank tərəfindən 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıldığı qeyd edilmişdi.
Həmin açıqlamada 500 manatlıq əsginaza dair məlumat yer almadığından vətəndaşlar sosial şəbəkələrdə həmin pul nişanının dövriyyədən artıq çıxarıldığına, nağd əməliyyatlarda istifadə olunmadığına dair iddialar irəli sürmüşdülər.
Publika.az xəbər verir ki, Oxu.azbu məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Banka sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, MB tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılıb:
"Mərkəzi Bank tərəfindən nağd pul dövriyyəsinin təşkili məqsədilə Mərkəzi Bank 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıb. Onlar ödəniş vasitəsi kimi geniş şəkildə tədavüldədir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu nişanlarla bağlı məlumatlar təqdim olunub: cbar.az/page-28/currency-in-circulation" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/page-28/currency-in-circulation