AZ

Moskva Donbasda Rusiya ordusunun əvəzinə bu qüvvələri yerləşdirəcək

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Donbasda sülh danışıqlarının nəticəsi olaraq bölgədə nə Rusiya, nə də Ukrayna ordusu qala bilər.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, təhlükəsizliyi Rusiya Qvardiyası (Rosqvardiya) və polis təmin edə bilər. Bu barədə o, “Kommersant” qəzetinə danışıb.
Uşakovun sözlərinə görə, atəşkəs yalnız Ukrayna qüvvələrinin bölgədən çıxarılmasından sonra mümkün ola bilər. O əlavə edib ki, Donbas “gec-tez” tamamilə Rusiyanın nəzarətinə keçəcək. Uşakov qeyd edib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Volodimir Zelenski Ukrayna ordusunun geri çəkilməsinə qarşı çıxır.
Bu bəyanat Zelenskinin ABŞ-ın təklif etdiyi sülh planı çərçivəsində Donbasda “demilitarlaşdırılmış zona” və ya “azad iqtisadi zona” yaradılması ideyasını gündəmə gətirməsinin fonunda səslənib.
Seçilən
23
nocomment.az

1Mənbələr