...Bütün Moskva hava limanları təyyarələrin gəlişi və yola düşməsini bir daha qismən məhdudlaşdırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artem Korenyako özünün Telegram kanalında bildirib.
Korenyako bildirib ki, müvəqqəti məhdudiyyətlər səbəbindən Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanları müvafiq orqanlarla əlaqələndirilmiş şəkildə uçuşları qəbul edir və yola salır.
...Bəzi uçuşlar üçün cədvəldə düzəlişlər mümkündür. Uçuş təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülüb, - deyə açıqlamada bildirilir.
12 dekabr səhəri Şeremetyevo Hava Limanı uçuşları müvəqqəti olaraq dayandırsa da, terminallarında təyyarələri qəbul edib və sərnişinlərə xidmət göstərib.
Daha sonra Vnukovo, Domodedovo və Jukovski hava limanları uçuş və gəlişlərə məhdudiyyətlər elan edib.
Əli Babayev