
Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi İranda saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Nərgiz Məhəmmədi digər fəallarla birlikdə hüquq müdafiəçisi Xosrov Əlikurdinin dəfn mərasimində iştirak edərkən saxlanılıb.
Qeyd edilib ki, Məhəmmədinin dəfnində iştirak etdiyi Xosrov Əlikurdi həm də tanınmış hüquq müdafiəçisi olub. Bir həftə əvvəl o, iş otağında ölü tapılıb. Yarılma nəticəsində ölümün səbəbinin infarkt olduğu müəyyənləşib.