AZ

"Real"dakı böhranın səbəbi onlar imiş

Kərim Benzema keçmiş klubu “Real Madrid”dəki böhran barədə danışıb. Metbuat.az xəbər verir ki, o, böhranın məşqçi Xabi Alonsodan daha çox oyunçularla bağlı olduğunu ifadə edib. Benzemanın sözlərinə görə, Alonso diqqət mərkəzində olsa da, əsl problem məşqçilər heyətində deyil, oyunçuların meydandakı birliyindədir. Benzema “Real Madrid”in hücum xəttində əlaqənin olmadığını ifadə edib. O, Mbappe, Vinisius, Bellinghem və Rodriqo arasında əlaqə olmadığını irəli sürüb.

Benzema, “Hər bir oyunçu nə etməli olduğunu bilməlidir. Bellinghem qol vuran deyil, oyun qurucudur. Mbappe qol vurandır, yarımmüdafiəçi deyil. Vinisius yarımmüdafiəçi deyil, sol cinah oyunçusudur. Hər kəs öz rolunda qaldığı müddətcə heç bir problem yoxdur. Hər oyunçu ən yaxşı olmağa səy göstərir. Dünyanın ən yaxşı on oyunçusundan danışırıq və hamısı eyni komandada oynayır” - deyə bildirib.

Seçilən
20
1
metbuat.az

2Mənbələr