Böyük Britaniya Müdafiə Nazirliyi (MN) yeni Hərbi Kəşfiyyat Xidmətinin (MİX) yaradıldığını elan edib. Bu vahid struktur Kral Hərbi Hava Qüvvələri və Kral Dəniz Qüvvələri də daxil olmaqla, silahlı qüvvələrin bütün qollarının kəşfiyyat bölmələrini birləşdirəcək
. Bəyanatda bildirilir ki, kəşfiyyat xidmətlərinin yenidən təşkili “Böyük Britaniyaya qarşı artan təhdidlər kontekstində” baş verir və ona “düşmən dövlətlər və terrorçular”la mübarizə aparmağa kömək etməlidir. MN-nin bəyanatında qeyd olunur ki, ölkənin silahlı qüvvələrinə qarşı “düşmən kəşfiyyat fəaliyyəti” son bir ildə 50% artıb.”The Times” qəzetinin məlumatına görə, MİX “Çin, Rusiya və İrandan artan təhdidlərə qarşı mübarizə aparacaq”.
Hərbi kəşfiyyat bölmələrinin vahid strukturda birləşdirilməsi iyun ayında təqdim edilən Strateji Müdafiə İcmalındakı tövsiyələr arasında olub. Bu plan Britaniya silahlı qüvvələrinin genişmiqyaslı yenidən təchiz edilməsini nəzərdə tutur. MİX-dən əlavə, MN hər iki yeni kəşfiyyat xidməti üçün mütəxəssislər hazırlamaq üçün vahid Müdafiə Əks-Kəşfiyyat Bölməsi və Hərbi Kəşfiyyat Akademiyası yaradacaq.
//Samir Qurbanov, Editor.az