AZ

Alleqri İtaliyada ən yaxşı seçildi

"Milan"ı çalışdıran Massimiliano Alleqri İtaliya çempionatında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Sportal.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

"Rossoneri" ötən ay A Seriyasında italiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi oyunda 3 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. 58 yaşlı məşqçi qalib olmaq üçün Kristian Kivu ("İnter"), Viçenzo İtalyano ("Bolonya") və Sesk Fabreqası ("Komo") qabaqlayıb.

Qeyd edək ki, Alleqri üçün bu, mövsümdə ikinci belə mükafatdır. O, daha əvvəl sentyabr ayının ən yaxşı məşqçisi seçilmişdi.

saytlarin hazirlanmasi

Seçilən
20
sportal.az

1Mənbələr