Trendyol 1-ci Liqa təmsilçisi "Adana Demirspor" FİFA-nın verdiyi növbəti ağır cəza ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, klubun xalına 6 xal silinməsi tətbiq olunub və bununla da onların göstəricisi -22-dən -28-ə enib.

Klub liqanın 17-ci turunda öz meydanında "Boluspor"a 1:6 hesabı ilə uduzmuşdu. Bu ağır məğlubiyyətin ardından klub FİFA-dan gələn yeni sanksiya ilə sarsılıb. 

FIFA İntizam Komitəsi klubla bağlı bir araşdırma üzrə 6 xalın silinməsi cəzasını rəsmən açıqlayıb.

Uzun müddətdir maliyyə və intizam problemləri ilə gündəmdə olan "Adana Demirspor"un liqada qalma şansı getdikcə azalır.

Xal itkilərinin ard-arda gəlməsi klubun mövsümün qalan hissəsində vəziyyətini bərpa etməsini demək olar ki, mümkünsüz hala salıb.