Olaylar xəbər verir ki, Uzenin sözlərinə görə, Rutte ABŞ-ın tədricən geri çəkilməsindən və NATO-da rolunun zəifləməsindən ehtiyat edir.
"Rütte ABŞ-ın yavaş-yavaş uzaqlaşacağından və alyansdakı iştirakının zəifləyəcəyindən qorxur. O, hələ xilas oluna biləni qorumağa və NATO-nun birliyini saxlamağa çalışır", - deyə Uzenin fikirlərini "HLN" qəzeti sitat gətirir.
Bundan əvvəl Rütte Almaniya kansleri Fridrix Merts ilə keçirilən birgə mətbuat konfransında Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırmış, bunun "ruslarla döyüşməyə hazır olmaq" üçün zəruri olduğunu vurğulamışdı.
Həmçinin bildirilmişdi ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Avropanın öz müdafiəsini müstəqil şəkildə təmin etməsinin Vaşinqton üçün prioritet olduğu qeyd olunur.
İbrahim Məmmədli