Bakı. Trend:
Disney OpenAI-a 1 milyard dollar sərmayə qoyaraq süni intellektsahəsində yeni əməkdaşlığa imza atıb.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Üçillik lisenziyalaşdırma müqaviləsinə əsasən, Disney-in MikkiMaus, Zoluşka, Marvel, Pixar və Star Wars dünyasından 200-dən çoxpersonajı OpenAI-nin video generasiya aləti Sora-ya inteqrasiyaolunacaq.
Bu, Disney-in generativ süni intellekt sahəsində ilk böyükməzmun lisenziyası tərəfdaşlığıdır. Sora istifadəçiləri sadəcə mətnsorğuları ilə tanınmış personajlara əsaslanan videolar yarada vəpaylaşa biləcəklər.
Digər tərəfdən, Disney müəllif hüquqları ilə qorunanpersonajların icazəsiz istifadəsinə qarşı çıxaraq, Google-dan sonraOpenAI-yə də süni intellekt modellərinin öyrədilməsi üçün bumateriallardan istifadəni dayandırmaq tələbini irəli sürüb.
Hər iki şirkət süni intellektin məsuliyyətli istifadəsi,istifadəçilərin təhlükəsizliyi və yaradıcı hüquqlarının qorunmasınasadiq olduqlarını vurğulayıb.