AZ

Naxçıvanda 23 qadın yasda dəm qazından zəhərləndi


Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.
Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.
Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur”, - məlumatda deyilir.
Seçilən
0
2
yeniavaz.com

5Mənbələr