Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edildi
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürklə görüşüb.Metbuat.az xəbər verir ki, görüşdə Sülh Naminə Tərəfdaşlıq, NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub. Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun davamlı irsinə dərin hörmətlə yanaşdığını bildirib.