Mauro İkardi hazırda “Qalatasaray”dan aldığı 11 milyon avroluq məvacibdən belə imtina edərək İtaliyaya dönməyə can atır.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçunun mümkün transferinin pulsuz baş tutacağı gözlənilir.
“Corriere della Sport”un məlumatına görə argentinalı forvardın menecerləri onu “Milan” klubuna təklif ediblər.
Lakin məlumatda bildirilib ki, “Milan” rəhbərliyi 32 yaşlı hücumçunun fiziki durumu barədə müəyyən narahatlıqlar yaşayır və buna görə qərarda ehtiyatlı davranır.
Məsələ ilə bağlı danışıqların davam etdiyi, yaxın günlərdə prosesin daha da aydınlaşacağı qeyd olunur.
Kamil Xudiyev