AZ

Əməkdar jurnalist: Ulu Öndər Heydər Əliyev Azərbaycan qədər əbədi yaşayacaq

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycan qədər əbədi yaşayacaq. Ruhu şad olsun! Biz fəxr edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün reallaşıb. Güclü və suveren Azərbaycan artıq formalaşıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü, Əməkdar jurnalist Hüseyn Paşayev deyib.

Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən H.Paşayev Ulu Öndərlə bağlı xatirələrini də bölüşüb.

“Mən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 3-cü kursunda təhsil alarkən - 1992-ci ildə Milli Məclisin qarşısında Ulu Öndər Heydər Əliyevin hüquqlarının müdafiəsi ilə bağlı - yaş senzi ilə əlaqədar mitinqlər keçirilirdi. Mən də tələbə olmağıma baxmayaraq, Azərbaycan ziyalılarının keçirdiyi aksiyalara qoşuldum və məqsəd uğrunda mübarizə apardım. Sonra Ümummilli Liderin ideyaları və ölkənin ictimai-siyasi həyatı ilə bağlı silsilə məqalələrim dərc olundu. Həmin illərdən Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşam, Partiyanın təşkilatlanmasında yaxından iştirak etdim. Bu gün dahi Heydər Əliyev ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın torpaqları tam azad olunub. Bu, Ulu Öndər Heydər Əliyevin həyatı boyu uğrunda apardığı mübarizə idi — Azərbaycanın suveren və müstəqil dövlət olması”, - deyə o vurğulayıb.

Seçilən
83
azertag.az

1Mənbələr