Müştəri Aydeymirov adlı şəxs Azercelldən kontur göndərmək istədiyini, lakin göndərdiyi nömrələrdə faktura nömrəsi olduğu üçün sorğunun imtina edildiyini və göndərilən məbləğin geri qaytarıldığını bildirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müştərinin bildirdiyinə görə, sorğu nəticəsində 2 AZN tutulub, amma kontur geriyə qaytarılıb. O sual edir: “Kontur getməyibsə, niyə sorğu haqqı tutulur? Kontur getsə, yenə dərdimiz olacaq?”
Aydeymirov sərt şəkildə Azercelldən sorğu haqqının geri qaytarılmasını tələb edib və xidmətdəki bu ciddiyə alınmayan yanaşmanı tənqid edib.