AZ

“Şamaxı”nın “Zirə” sindromu

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Zirə” Premyer Liqanın XV turunda sabah “Şamaxı“nın qonağı olacaq. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:00-da start götürəcək.

“Zirə” 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü sırasındadır. “Şamaxı” isə 17 xalla 7-ci sıradadır.

“Zirə” son 7 oyunda məğlub olmayıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sonuncu dəfə oktyabrda “Sabah”a uduzub – 0:2. “Qartallar” bundan sonrakı 7 matçda 2 heç-heçə edib, 5 qələbə qazanıb.

“Şamaxı” isə son iki rəsmi oyunu qələbə ilə başa vurub. Kubokda “Baku Sportinq”ə qalib gələn “şirlər” çempionatda autsayder “Karvan-Yevlax”ı üç cavabsız qolla məğlub edib.

“Şamaxı” ilə “Zirə” arasında baş tutan son beş görüşdə “qartallar”ın aşkar üstünlüyü var. “Zirə” 4-ü Premyer Liqa, 1-i kubok olmaqla 5 matçın hər birini qazanıb.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
futbolpress.az

1Mənbələr