AZ

“Müharibə şəraitində Ukraynada seçkilərin keçirilməsi absurddur”

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Müharibə gedən ölkədə, xüsusilə də dağıdıcı xarakter daşıyan və İkinci Dünya Müharibəsindən sonra Avropanın yaşadığı ən ağır faciələrdən birinin baş verdiyi bir dövrdə Ukraynada seçkilərin keçirilməsi absurd fikirdir”.

Gununsesi.info bildirib ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Bu, əslində, Tramp administrasiyasının Ukraynaya təzyiq vasitəsi kimi ortaya qoyduğu bir yanaşmadır: “Əgər Rusiya ilə ABŞ arasında razılaşdırılmış plana uyğun hərəkət etməsən, bu kimi rıçaqlar işə düşəcək.” Yəni bu, sırf siyasi təzyiq mexanizmidir”.

O qeyd edib ki, Ukraynanın hazırkı vəziyyətində seçki keçirmək nə mümkün, nə də məqsədəuyğundur:

“Ukrayna bu məsələ ilə bağlı Avropa İttifaqı ilə birlikdə qərar verməlidir. Çünki ABŞ Rusiyaya qarşı öz sülh planını hazırlayarkən həm Ukraynanı, həm də Avropa İttifaqını bir növ prosesdən kənarda qoyub. Lakin görünən odur ki, Aİ bu plana ciddi şəkildə müqavimət göstərir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr