525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hindistanın Maharaştra ştatının Çandrapur dairəsində pələng 45 yaşlı fermeri parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kavadşi kəndinin sakinləri həmkəndliləri Şeşram Zadenin meyitini yol kənarında aşkarlayıblar.
Meyitə baxış keçirilərkən onun pələng tərəfindən öldürüldüyü bəlli olub. Vəhşi hətta zavallının bir hissəsini yeyib. Meşə təsərrüfatı departamenti Zadenin ailəsinə 30 min rupi (təxmini 565 manat) kompensasiya ödəyib.
Qeyd edək ki, bu, cari ilin əvvəlindən Çandrapur dairəsində vəhşi heyvanlar tərəfindən 42-ci ölüm hadisəsidir. Onlardan 38-i pələnglərin payına düşür. Digər 4 qatil - 2 leopard, kəl və fildir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.