525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin Kahramanmaraş vilayətində ağır yol qəzası baş verib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Andırın rayonunda minik və yük maşını toqquşub. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb.
Xilasedicilər tərəfindən dağıntılar altından çıxarılan yaralılar xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada vəfat edib.
Qəza ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.