AZ

Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə çıxış edən institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərin misilsiz olduğunu vurğulayıb. Qeyd edib ki, dövlətimizin müstəqilliyi, iqtisadi yüksəlişi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda Heydər Əliyevin əsasını qoyduğu böyük mücadilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində əldə olunan qələbələrlə nəticələnib.

Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Arxeologiya və Antropologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov çıxış edərək Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı ərəfəsində Azərbaycanın bir dövlət kimi siyasi xəritədən silinməsi təhlükəsi qarşısında olduğunu xatırladıb. “Məhz Ümummilli Liderin siyasi təcrübəsi və fitri istedadı hesabına dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu. Azərbaycan xalqının gələcək nəsilləri dərin minnətdarlıq və hörmət hissi ilə Ümummilli Liderin xatirəsini yad edəcəklər”, – deyə Bəxtiyar Cəlilov vurğulayıb.

Daha sonra institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli, şöbə müdiri tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, aparıcı elmi işçilər - tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, tarix üzrə fəlsəfə doktoru Dürdanə Yusifova, şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev çıxış ediblər.

Çıxışlarda hələ sovet dövründə Heydər Əliyevin Azərbaycanda xalqın rifahı naminə gördüyü işlərdən, iqtisadiyyatın inkişafı üçün həyata keçirdiyi tədbirlərdən söz açılıb. Həmçinin Azərbaycan gənclərinin biliklərə yiyələnməsi yönündə Heydər Əliyevin gördüyü işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Seçilən
16
azertag.az

1Mənbələr