AZ

Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putin barəsində çıxardığı həbs orderini qüvvədə saxlayıb.

Moskva məhkəməsi isə BMC nümayəndələrini - hakim və prokurorlarını Putini mühakimə etdiklərinə görə 15 ilə qədər həbs cəzasına məhkum edib.

"Kommersant" qəzeti xəbər verir ki, Moskva Şəhər Məhkəməsi tərəfindən 3 il 6 aydan 15 ilə qədər həbs cəzasına məhkum edilmiş BCM prokuroru və hakimlərinə qarşı cinayət işinin təfərrüatları məlum olub.

Məhkəmə ittihamı dəstəkləyən Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğun rəhbərliyini izləyərək, BCM-in Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belova barəsində həbs qərarı çıxardığı və Donbas müharibə zonasından uşaqların təxliyəsi üçün axtarışa verdiyini müəyyən edib.

BCM Katibliyi Rusiya prezidenti və Komissar barədə həbs orderlərini bütün üzv ölkələrə göndərib. Məhkəmə iştirakçıları qərara gəliblər ki, BCM-in yurisdiksiyasına daxil olmayan dövlət başçısının cinayət təqibi ona qarşı hücuma səbəb ola bilər. Lakin cinayət işinə birbaşa zərərçəkmişlər və ya məhkum olunmuş şəxslər daxil edilməyib.

İradə SARIYEVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr