“Milan”ın yarımmüdafiəçisi Luka Modriç komandanın baş məşqçisi Massimiliano Alleqri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "Football Italia"ya istinadən məlumatına görə, 40 yaşlı futbolçiu italiyalı mütəxəssisi yüksək qiymətləndirib:
“O, əla məşqçidir, qalib xarakterinə malikdir. Onunla işləməyi çox sevirəm — məni xarakteri ilə həqiqətən təəccübləndirdi. Alleqri böyük çempionlarla işləməyə öyrəşdiyi üçün paltardəyişmə otağında müsbət atmosfer yaratmaq bacarığına sahibdir. Massimiliano bizə maksimum səviyyədə çıxış etməyə kömək edir və sakitliyi qoruyur. Bu da lazım olanı etməkdə böyük rahatlıq yaradır”
A Seriyasında 14 turdan sonra “Milan” 31 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.
Növbəti turda Alleqrinin komandası 14 dekabrda “Sassuolo” ilə qarşılaşacaq.