1990-cı illərin sonlarında Qarabağ münaqişəsində vasitəçilərin təqdim etdiyi bütün variantlar masa arxasında qalırdı. Həm regiondakı siyasi çətinliklər, həm də beynəlxalq vasitəçilik mexanizmlərinin fəaliyyəti sülh prosesini qapalı dairəyə salmışdı. Başqa sözlə, təklif edilən mərhələli həll modelləri azərbaycanın maraqları ilə üst-üstə düşmürdü. Elə bu səbəbdən ümumilli lider Heydər Əliyev prosesin tempini dəyişmək qərarına gəlir. Məhz buna görə danışıqları birbaşa siyasi səviyyəyə, liderlərin özlərindən başlayan formata keçirir.
Tofiq Zülfüqarov həmin illərdə Azərbaycanın xarici işlər naziri idi və Sədərək görüşünə qədər bütün əsas görüşlərin iştirakçılarından biri olub.
Onun sözlərinə görə, həmin illərdə bəzi vasitəçilər münaqişəni Azərbaycanla Ermənistan arasında dövlətlərarası qarşıdurma kimi deyil, sanki Azərbaycanın daxilindəki erməni icması ilə problem kimi təqdim etməyə çalışırdılar. Bu danışıqlar prosesində əsas problemlərdən biri idi. Ancaq Ümummilli Lider Heydər Əliyevin əsas məqsədi isə bu yanlış yanaşmanı dəyişmək, münaqişənin əsl mahiyyətini, yəni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını beynəlxalq səviyyədə qəbul etdirmək idi. Bu mənada 1998-ci ilin aprel ayının 5-də Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü həlledici olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.