AZ

Piyada ölümü ilə nəticələnən qəza baş verib

Bakı–Quba magistralının Yaşma qəsəbəsi yaxınlığından keçən hissəsində ölüm­lə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, ilkin məlumatlara əsasən, yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Aldığı ağır xəsarətlər səbəbindən piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri dəqiqləşdirilir.

Seçilən
25
nocomment.az

1Mənbələr