AZ

İsveçrə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə qoşuldu

İsveçrə hökuməti Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 19-cu sanksiyalar paketinə rəsmi olaraq qoşulduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə məlumat İsveçrə Federal Şurasının rəsmi saytında dərc edilib. Bildirilir ki, 2025-ci il dekabrın 12-də Federal Şura Rusiya və Belarusa qarşı tətbiq olunan sanksiya tədbirlərini daha da genişləndirib və bununla da Aİ-nin son sanksiyalar paketində yer alan bir sıra dəyişiklikləri ölkə qanunvericiliyinə uyğunlaşdırıb.

Yeni məhdudiyyətlər 13 dekabr 2025-ci ildən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Avropa İttifaqının oktyabr ayında qəbul etdiyi 19-cu sanksiya paketi Rusiya bank sektoruna, kriptovalyuta əməliyyatlarına, həmçinin Rusiya neftini daşıyan yüzdən çox xarici bayraqlı tankerlərə qarşı məhdudiyyətləri əhatə edir. Bundan əlavə, Aİ-nin xarici işlər naziri Kaja Kallas rus diplomatlarının Aİ ölkələri daxilində hərəkətinə də yeni məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr