Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Ştutqart" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniya klubu Qarsiyanı yanvar ayında transfer etməyi planlaşdırır. "Ştutqart" 21 yaşlı forvard üçün yaxın vaxtlarda İspaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki. Qonsalo Qarsiya "Real"ın yetirməsidir. İspaniya U-21 millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.