AZ

Uzunqulaq arabası ilə gəzirik. Neçənci əsrdə yaşayırıq?! Sakinlərin yol problemi VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zərdab rayonunun Şahhüseynli kəndinin sakinləri yol problemindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, illərdir asfaltsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.

Avtosfer.az-ın məlumatına görə, vətəndaşlar deyirlər ki, vəziyyət o qədər acınacaqlıdır ki, artıq kəndə "Çəkməli" adı verilib.

"Çünki palçıq səbəbindən ayaqqabı geyinmək mümkün deyil. Nəvələrimi məktəbə çiynimdə aparıb-gətirirəm. Hamilə qadın evdə doğur. Uzunqulaq arabası ilə gəzirik. Neçənci əsrdə yaşayırıq?!" - deyə sakin Elman İslamov narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr