AZ

Kreml Ukraynada referendum ideyasına belə reaksiya verdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ukrayna ilə müharibədə müvəqqəti atəşkəslə kifayətlənmək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Donbas məsələsində güzəştlərin seçki və ya referendum yolu ilə müzakirəyə çıxarılacağı haqda səsləndirdiyi fikiri şərh edib.

Peskovun sözlərinə görə, Rusiya tərəfinin mövqeyi “qarantiyalı və uzunmüddətli sülh”ə əsaslanmalıdır və bu, bütün tərəflər üçün aydın olmalıdır.

Referendum ehtimalını şərh edərkən Peskov vurğulayıb ki, əgər bu təşəbbüs döyüşlərdə fasilə tələb etmək üçün atılırsa, o zaman belə yanaşma Moskva tərəfindən qəbul olunmayacaq. Onun sözlərinə görə, Rusiyanın məqsədi sadəcə müvəqqəti atəşkəs deyil, sülhə nail olmaqdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr