AZ

Onun xaricə getməyini istəyirəm

“Söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə”.

Publika.az xəbər verir ki, bu fikirləri “Sportinfo.az”a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətdən sonra (2:4) “Qarabağ”ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.

O, övladının ünvanına ən çox səslənən “adamı var” iddiasına da aydınlıq gətirib:

“And olsun Allaha, o uşaq ilk günlər “Qarabağ”da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib “Qarabağ”da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.

“Qarabağ”ın akademiyasında Elnur müəllim çox dəstək olub. Amma valideyin qayğısını kim əvəz edə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli camaat da yaxından tanıyır. Nərimanı tapşırmağa kimisə olmayıb.

Seçilən
74
publika.az

1Mənbələr