Böyük Britaniya kralı III Çarlz bu axşam ölkə ictimaiyyətinə şəxsi xərçəng təcrübəsi barədə xüsusi televiziya müraciəti edəcək.
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, Kral çıxışında həm öz müalicə prosesindən danışacaq, həm də əhalini vaxtında müayinə olunmağa çağıracaq.
Məlumata əsasən, kral erkən diaqnostikanın həyat qurtaran rolunu vurğulayacaq və müasir sağlamlıq xidmətlərində profilaktik baxımın vacibliyini qabardacaq. Bu müraciət saray tərəfindən nadir hal kimi qiymətləndirilir, çünki kral ailəsi adətən şəxsi tibbi məlumatları ictimaiyyətlə paylaşmır.
Kral Çarlzın çıxışı ölkədə böyük maraq doğurub və onun səmimi mesajının xərçənglə mübarizə aparan çoxsaylı insanlara mənəvi dəstək olacağı gözlənilir.
Xədicə BAXIŞLI