AZ

Dünyanın ən bahalı futbolçuları – SİYAHI

Transfermarkt portalı dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb. Msport.az xəbər verir ki, “Real”ın və İspaniya millisinin hücumçusu Kilian Mbappenin dəyərii 200 milyon avro olub.

Onunla yanaşı, “Barselona”na və İspaniya millisinin üzvü Lamin Yamal və “Mançester Siti”nin norveçli forvardı Erlinq Halandın da qiyməti 200 milyon avrodur.

Adıçəkilən oyunçuların ən yaxın izləyicisi “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemdir. Onun transfer dəyəri 160 milyondur. Qeyd edək ki, İngiltərə yığmasının üzvünün dəyəri 20 milyon aşağı düşüb. Əvvəl o, 180 milyon avro qiymətləndirilirdi.

 

Seçilən
19
msport.az

1Mənbələr