ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ukraynanın Baş naziri Yuliya Sviridenko ABŞ prezidentinin nümayəndəsi Cared Kuşner, Stiv Uitkoff, Dünya Bankının rəhbəri Ajay Banga və “BlackRock” şirkətinin baş direktoru Larri Fink ilə görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Sviridenko sosial şəbəkə hesablarında məlumat verib.
Onun sözlərinə görə, görüş Ukrayna üçün dayanıqlı və ədalətli sülhə nail olmaq məqsədilə aparılan iqtisadi əməkdaşlığın davamına həsr olunub. Tərəflər qısa müddətdə fəaliyyət planının hazırlanması üçün birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Sviridenko vurğulayıb ki, Ukrayna tərəfi amerikalı tərəfdaşlarla bərabər intensiv əməkdaşlığa hazırdır. O, həmçinin qeyd edib ki, iqtisadi təşəbbüslərin həyata keçirilməsi yalnız etibarlı təhlükəsizlik zəmanətləri ilə mümkündür. Məhz bu məsələ ABŞ nümayəndələri ilə keçirilən görüşdə də müzakirə olunub.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfi ilə təhlükəsizlik zəmanətləri mövzusunda müzakirə apardığını bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.