AZ

Məhəmməd Ben Sulayem Beynəlxalq Avtomobil Federasiyasının prezidenti seçilib

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem dördillik müddətinə yenidən federasiyanın rəhbəri seçilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə FIA-nın Mətbuat Xidməti məlumat yayıb.

Federasiya prezidenti seçkisi FIA-nın Daşkənddə keçirilən Baş Assambleyası çərçivəsində baş tutub. Seçkinin nəticələrinə görə, Məhəmməd Ben Sulayem səslərin 91.5%-ni toplayıb.

O, ilk dəfə təşkilata 2021-ci ildə rəhbər seçilib. FIA-dan verilən məlumata görə, onun prezidentliyi dövründə federasiyanın maliyyə vəziyyəti yaxşılaşıb, həmçinin şəffaflıq, hesabatlılıq və peşəkar standartlar yüksəlib.

Seçilən
17
3
far.az

4Mənbələr