Ucarda canavarlar kəndə hücum edib. Hadisə günorta saatlarında rayonun Alpoud kəndində qeydə alınıb.
Xezerxeber.az-ın xəbərinə görə, təsərrüfat sahibləri bildirirlər ki, əvvəllər belə hallarla yalnız gecə saatlarında rastlaşsalar da, son zamanlar canavarlar gündüz vaxtlarında da kəndə girərək heyvanlara zərər verir.
Kənd sakini Şəmil Hüseynov deyir ki, bu cür hücumlar həm itkilərə, həm də sakinlər arasında narahatlığa səbəb olur. Kənd sakinləri yırtıcı heyvanların qarşısının alınması üçün müvafiq qurumların tədbir görməsini gözləyirlər.
Alpoud kənd ərazi dairəsi üzrə nümayəndə Maarif Abbasov deyib ki, mövcud durumla bağlı rayon icra hakimiyyətinə məlumat verilib. Yaxın vaxtlarda problemin həlli üçün hansı tədbirlər görüləcəyi bildiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.