AZ

Gümüşün qiyməti tarixi maksimumu yenilədi

Bursada yaşanan dələduzluq hadisəsi ictimaiyyətdə böyük rezonans doğurub. 20 yaşlı hüquq fakültəsi tələbəsi E.A.-nın ev almaq istəyən vətəndaşları saxta internet saytı ilə aldatdığı üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, məlumata görə, gənc qadın TOKİ-yə aid olduğunu iddia etdiyi saxta müraciət saytı yaradaraq vətəndaşlardan ödəniş alıb. Daha sonra müraciətin guya “yarımçıq” olduğunu deyərək zərərçəkənlərdən yenidən pul tələb edib. Aldadıldıqlarını anlayan şəxslərin etirazlarına isə laqeyd münasibət göstərdiyi bildirilib.

Şikayətlərdən sonra Bursa polisi tərəfindən başladılan araşdırma çərçivəsində E.A.-nın Telegram üzərindən əlaqə qurduğu müəyyən edilib. Təxminən 10 günlük izləmədən sonra keçirilən əməliyyatla şübhəli saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.

Hadisə ilə bağlı indiyədək 53 nəfərin rəsmi şikayət etdiyi, digər zərərçəkənlərin də polisə müraciət etməsinin istənildiyi açıqlanıb. E.A.-nın mümkün şərikləri ilə bağlı araşdırmalar davam edir.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr