AZ

İbtidai sinif test toplusuna daxil edilmiş suallardan NARAZILIQVİDEO

Atam odun doğrayır?, Yoxsa adam?....

Xezerxeber.az xəbər verir ki, bu sual 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan test tapşırığında təqdim edilib. Sualın cavabında isə nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib.  Sözügedən test tapşırığı isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb və ciddi narazılıq doğurub.

Təhsil ekspertləri bildirirlər ki, şagirdlərin yaş psixologiyalarına uyğun olmayan test tapşırıqları, ifadələr, materiallar dərsliklərə verilməməlidir. Bu test tapşırığında təqdim edilən "adam doğrayır" ifadəsi düzgün cavab olmasa da, şagirdlərin şüuraltı psixologiyasında cinayətə meyillilik formalaşdırır.

Bəs məktəb dərslikləri ilə yanaşı şagirdlərin bilik və bacarıqlarının yoxlanması məqsədilə nəşr edilən kitablara nəzarət necə həyata keçirilir?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
8
xezerxeber.az

1Mənbələr