Ramil Həsənli adlı şəxs sosial media üzərindən Trendyol Azərbaycan ilə yaşadığı problem barədə məlumat verib. O bildirib ki, aldığı kurtka sökük və yararsız vəziyyətdə çatdırılıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, həmin gün videonu çəkərək Trendyol assistanta göndərib, lakin iadə tələbini rədd ediblər.
Ramil Həsənli qeyd edir ki, məhsulu çatdıran şirkət Kanqo olsa da, ölkədə kimlə əlaqə saxlayacağını bilmir. 90 AZN ödədiyi mallardan yararsız vəziyyətdə qaldığını bildirən müştəri, Trendyol Azərbaycan-ın post paylaşımına icazə verməməsini və şikayətlərin görünməməsini sərt şəkildə tənqid edib.
O, şirkətdən məsuliyyət tələb edərək, bu tip halların qarşısının alınmasını və müştərilərə ədalətli xidmət göstərilməsini tələb edir.
