Qaz borusunu zədələyən tikinti işçiləri faciəyə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-da tikinti briqadasının ehtiyatsızlığı ağır nəticələrə yol açıb. İşçilərin qaz kəmərini zədələməsi nəticəsində güclü partlayış baş verib.
Partlayışın təsirindən yaşayış evi havaya uçaraq tamamilə dağılıb və taxta qırıntılarına dönüb.
Hadisə nəticəsində 6 nəfər ağır xəsarət alaraq reanimasiyaya yerləşdirilib.
Evinə geri dönən mülk sahibi gördüyü mənzərə qarşısında şoka düşüb.
Xuraman Etibarlı
İnterpress.az