AZ

Putinlə bağlı şok: Cəmi 2 günə rekord qırdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya vətəndaşları dekabrın 19-da keçiriləcək Prezident Vladimir Putinlə birbaşa əlaqə üçün artıq bir milyondan çox sual göndəriblər.

Globalinfo.az xəbər verir ki, məlumat Ümumrusiya Xalq Cəbhəsinin çağrı mərkəzinin elektron idarəetmə panelində əksini tapıb.

Bir gün əvvəl “Vladimir Putinlə İlin Baxışı” adlı proqram üçün toplanan sualların sayı 800 mini keçmişdi. Qeyd olunur ki, sual-cavab sessiyası dekabrın 4-də Moskva vaxtı ilə saat 15:00-da başlayıb və canlı yayımın sonuna qədər davam edəcək.

Verilişin özü dekabrın 19-u Moskva vaxtı ilə saat 12:00-da efirə çıxacaq. Televiziya kanallarının proqram üçün üç saatlıq vaxt ayırdığı bildirilib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr