AZ

Albaniyada faciəvi şəkildə həlak olan Əvəz dəfn edildi – FOTO

Albaniyanın Dürres limanında baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirən dənizçi Əvəz Cəfərov dəfn olunub.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əvəz Cəfərov Biləsuvar qəbiristanlığında torpağa tapşırılıb.

Məlumata görə, mərhum 15 il əvvəl Biləsuvarda baş verən yol qəzasında atasını itirib, anası isə həmin qəzada aldığı ağır xəsarətlər səbəbindən bir neçə il sonra dünyasını dəyişib.

Əvəz və qardaşı anasının valideynlərinin himayəsində böyüyüblər.

O, 2022-ci ildə Dənizçilik Akademiyasını bitirib və elektrikçi ixtisası üzrə gəmidə çalışırmış.

 

 




Seçilən
15
1
nocomment.az

2Mənbələr