11 dekabr 2025-ci il tarixində SİM və DAMM-nin baş ofisində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi. İctimai xadimlər, elm və mədəniyyət nümayəndələri, yaradıcı insanlar və müxtəlif sahələrdən olan qonaqlar bu mənalı tədbirdə bir araya gələrək ümummilli liderin zəngin irsinə, müdrikliyinə və Azərbaycan xalqının tarixində tutduğu misilsiz yerə böyük ehtiramlarını ifadə etdilər.
Açılış nitqində Rasim Məmmədov Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edərək qeyd etdi ki, 12 dekabr 2003-cü ildə Azərbaycan xalqı təkcə ölkəmizin deyil, bütün Türk dünyasının böyük dühasını itirdi. Natiqlər vurğuladılar ki, Heydər Əliyev fiziki olaraq həyatdan getsə də, onun ruhu, ideyaları və dövlətçilik irsi milyonlarla insanın qəlbində əbədi yaşayır:
“O, xalqın tükənməz sevgisini qazandı, əlçatmaz zirvəyə yüksəldi. Bu, hər bir insana nəsib olan məqam deyil. Allah-Təala Ulu Öndərə elə bir dəyər vermişdi ki, onu xalqların qəlbində əbədiyaşar etdi.”
Tədbirdə qonaqlar şeir kompozisiyaları və xatirə çıxışları ilə Ulu Öndərin xatirəsini yad etdilər.
Tədbir çərçivəsində xüsusi olaraq şöhrət ordenli, prezident təqaüdçüsü Sadıq Sərbəliyev qeyd olundu. O, Heydər Əliyev haqqında öz şəxsi xatirələrini bölüşərək Ulu Öndərin insanlıq keyfiyyətlərindən, uzaqgörənliyindən və dövlətə xidmət yolundakı misilsiz rolundan danışdı.
Daha sonra çıxış edən Rasim Məmmədov Azərbaycan musiqi və mədəniyyət mühitində iz qoymuş sənətkarları salamlayaraq onların tədbirdə iştirakını yüksək qiymətləndirdi. O, Azərbaycanın tanınmış dirijor və bəstəkarlarından tutmuş konservatoriya müəllimlərinə qədər bir çox sənət nümayəndələri ilə bağlı xatirələrini bölüşdü və tədbirdə iştirak edən qonaqları təqdim etdi:
Tədbirə fəlsəfə elmləri doktoru, dosent, konservatoriya müəllimi hörmətli Mahirə xanım və onun qızı – istedadlı gənc və opera opera ifaçısı qatılmışdılar. Sənubər xanım – Mərkəzin müşaviri, İradə xanım “Dodo” qəzet və saytının baş redaktoru və rəhbəri, Afaq İsmayılova – BDU-nun professoru, DAMM-nin vitse-prezidenti, həmçinin gənc, istedadlı ifaçı Asim, muğam ifaçısı Rəhim müəllim və nəfəs alətləri üzrə virtuoz ifaçı Zahid Qubadlı, gənc pianist İsmayıl, konsertmeyster Rəhimə xanım – Azərbaycan Milli Konservatoriyasının pedaqoqu, opera vokal ifaçısı Aysel xanım, Altun Süleymanov – vokal ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı və digər qonaqlar tədbirdə iştirak etdilər.
Rasim Məmmədov Ulu Öndərin Azərbaycanı ağır böhranlardan, daxili çətinliklərdən çıxararaq vətəndaş cəmiyyətinə aparan dahi lider olduğunu vurğuladı:
“Heydər Əliyev gəlməsəydi, dövlət parçalanacaqdı. Ona görə də xalqımız var olduqca onun xatirəsi hər zaman ehtiramla yad ediləcək.”
12 dekabr – Ulu Öndərin məzarı ziyarət olundu
Tədbirin davamı olaraq 12 dekabr 2025-ci il tarixində Sabitlik və İnkişaf Mərkəzinin və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvləri və dəvət olunmuş qonaqlar Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Onlar böyük liderin xatirəsi önündə dərin ehtiramla baş əydilər, gül dəstələri qoydular və Azərbaycanın inkişafı uğrunda gördüyü misilsiz işləri minnətdarlıqla xatırladılar.
Sənubər Səhər
SİM və DAMM-nin Müşaviri
İctimaiyyətlə əlaqələr və Mətbuat Departamentinin rəhbəri