AZ

Londondakı “ağlasığmaz” qiymətlərdən şikayətləndi

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Ailə həyatı qurandan sonra İngiltərəyə köçən türkiyəli model Ebru Şancı sosial şəbəkə hesabında etdiyi paylaşımlarla insanları təəccübləndirməkdə davam edir.

Metbuat.az xəbər verir ki, gəlinlik paltarlarının satışı ilə məşğul olan model sosial mediada xüsusi fəallığı ilə seçilir. O, bir müddət əvvəl Londonda 1 kiloqram üzümün 3450, 1 ədəd yemişin 6700, 28 ədəd çiyələyin 8250 TL olduğunu izləyiciləri ilə paylaşaraq ölkəsində müzakirələrə səbəb olmuşdu.

Bu gün isə Ebru Şancı 250 qram kürünün qiymətini açıqlayıb. O, sosial şəbəkə hesabında belə yazıb: “250 qram kürünün 280 min türk lirsinə (11 200 AZN - red) satılır. O qədər bahadır ki, yeyəndən sonra tualetə getmək istəmirsən”.

Ebrunun bu paylaşımı gülüşlə qarşılanıb. Açıq-saçıq paylaşımına görə onu tənqid edənlər də tapılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
metbuat.az

2Mənbələr