Metbuat saytına istinadən ain.az xəbər verir.
Aralarında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Özgür Özəlin olduğu 7 millət vəkilinin deputat toxunulmazlığının qaldırılmasına yol açan sənəd Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə təqdim edilib.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, sənədin qəbulu üçün yetərsay olacağı təqdirdə CXP sədri Özgür Özəl, millət vəkilləri Əli Mahir Başarır, Camal Enginyurt, Əhməd Baran Yazqanın, Deniz Yavuzyılmaz, Mehmet Mustafa Gürban və Metin Ergün barədə hüquqi prosedur başladılacaq.
Siyasi müşahidəçilər indiki şərtlərdə müxalifət liderinin və deputatların həbsini real saymırlar. Onların fikrincə, məqsəd hakimiyyət əleyhdarlarının “gözünü qorxutmaqdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.