“Real”ın gənc hücumçusu Qonsalo Qarsiya Bundesliqaya yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Ştutqart” 21 yaşlı forvardı yanvar ayında transfer etmək istəyir və yaxın günlərdə Madrid klubu ilə danışıqlara başlayacaq.
“Real”ın yetirməsi olan Qarsiya bu mövsüm 20 oyunda 4 qol və 2 assistlə yadda qalıb.