AZ

Ölümsüzlüyə qovuşan qəhrəman oğullar

Birinci Qarabağ müharibəsində Vətənin harayına səs verən qəhrəmanlardan biri də Seyran Əliyoldaş oğlu Hacıyev olub. Müharibə meydanında son nəfəsinədək düşmənə qarşı döyüşən bu Vətən sevdalısı cismən aramızdan getsə də, heç vaxt unudulmur, qısa və şərəfli ömür yolu örnək göstərilir.

Bu günlər Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Viləş kənd kitabxana filialında I Qarabağ müharibədə şəhidlik zirvəsinə ucalan Seyran Hacıyevin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə çıxış edən kitabxana əməkdaşları şəhidin keçdiyi döyüş yolu, göstərdiyi igidlik və Vətənə sədaqət nümunələri haqqında geniş məlumat veriblər. Bildirilib ki, 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən igidlərimiz kimi, Seyran da daim qəlblərdə yaşayacaq. Vətən, torpaq uğrunda canından keçənlər heç zaman ölmürlər.

Tədbir zamanı məktəblilər tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şeirlər oxunub, müqəddəs ruhu ehtiramla yad edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
29
ikisahil.az

1Mənbələr