AZ

Mehmet Ali Erbil 6 cı həyat yoldaşından da boşandı

ain.az, Lent az saytına istinadən bildirir.

Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil və Gülseren Ceylanın cəmi 3,5 ay davam edən evliliyi sona çatır.

Lent.az xəbər verir ki, iddiaya görə boşanma böyük (40) yaş fərqi və bir sıra gərginliklərdən qaynaqlanan fikir ayrılıqları səbəbilə baş verib.

Ceylanın ötən həftə evdən çıxıb getdiyi və Ərbilin isə vəkili Şeyda Yıldırıma boşanma üçün müraciət etməyi tapşırdığı məlum olub.

Boşanma üçün bazar ertəsi günü iddia qaldırılacağı bildirilir.

Qeyd edək ki, Mehmet Ali Erbil ikisi ilk həyat yoldaşı ilə olmaqla ümumilikdə 6 dəfə nikah masasına oturub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
lent.az

1Mənbələr