Böyük Britaniyada həkimlərin tətil qərarı və ölkəni bürüyən güclü qrip dalğası Milli Səhiyyə Xidmətini (NHS) kritik vəziyyətə salıb.
Redaktor.az-ın məlumatına görə Səhiyyə naziri Wes Streeting bildirir ki, mövcud gərginlik davam edərsə, sistemin fəaliyyətinin iflic olması istisna deyil.
Son həftələrdə xəstəxanalara müraciətlərin kəskin artması, personal çatışmazlığı və yüksək əmək yükü xidmətin dayanıqlığını ciddi şəkildə zəiflədib. Nazir bildirib ki, vəziyyət COVID-19 dövründən bəri ən ağır mərhələyə çatıb və hökumət təcili tədbirlər görülməsinin vacib olduğunu vurğulayır.
Xədicə BAXIŞLI