AZ

Albert Eynşteynin dediyi illər sonra doğru çıxdı

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Marsda zaman Yer kürəsinə nisbətən daha sürətli axır.

Metbuat.az xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb. Araşdırmaya görə, bu fərq Marsın daha zəif cazibə qüvvəsinə malik olması səbəbindən gündə orta hesabla 477 mikrosaniyə təşkil edir. Bildirilir ki, bu, Marsa gələcək insan missiyaları və planetlərarası rabitə üçün çətinliklər yarada bilər.

Qeyd edək ki, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, bir bölgədə vaxtın axma sürəti həmin bölgədəki cazibə qüvvəsindən asılıdır. Cazibə qüvvəsinin güclü olduğu yerlərdə saatlar daha yavaş, cazibə qüvvəsinin zəif olduğu yerlərdə isə daha sürətli işləyir. Buna görə də, dağ zirvələrində yaşayanlar dəniz səviyyəsində yaşayanlardan bir qədər daha tez qocalırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
metbuat.az

3Mənbələr