ABŞ Qida və Dərman Administrasiyasının (FDA) COVID-19 peyvəndlərinin yetkinlərdə ölümlə əlaqəli olub-olmadığını araşdırdığı bildirilir.
Medicina.az xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, FDA, COVID-19 peyvəndləri ilə əlaqəli uşaqlarda ölüm halları ilə bağlı əvvəllər irəli sürülən iddialardan sonra araşdırmaya başlayıb. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin sözçüsü Endryu Nikson bildirib ki, FDA bir neçə yaş qrupu üzrə COVID-19 peyvəndləri ilə əlaqəli ola biləcək ölümləri hərtərəfli araşdırır.
Noyabr ayının sonlarında FDA-nın yüksək vəzifəli peyvənd rəsmisi Dr. Vinay Prasad tərəfindən paylaşılan və sonradan mətbuata sızdırılan bir məlumatda təxminən 10 uşaq ölümünün peyvəndlə əlaqəli olduğu bildirildikdən sonra araşdırmanın əhatə dairəsi genişləndirilib.
Aygün
Medicina.az