AZ

“Milan” İkardi ilə maraqlanır

İtaliyanın “Milan” klubu mərkəz hücumçusuna ehtiyac duyur.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə,  hazırkı futbolçu Santiaqo Ximenes baş məşqçi Massimiliano Alleqrini qane etmir və klubun skautları aktiv şəkildə onun əvəzini axtarır.

İtaliya klubu bu səbəbdən Ximenesə əvəzələyici kimi hazırda Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Mauro İkardi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlanılıb.

Lakin problem İkaridinin yüksək məvacibi ola bilər. “Qalatasaray”da oyunçu illik təxminən 10 milyon avro qazanır ki, bu, iqtisadi cəhətdən ehtiyatlı davranan “Milan” rəhbərliyi üçün çox böyük məbləğdir.

 Argentinalı hücumçu bir neçə il əvvəl Milanın rəqibi “İnter”də çıxış etdiyi üçün İtaliya çempionatına yaxşı bələdir.

Seçilən
35
90deqiqe.az

1Mənbələr